"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

"Real" sabiq futbolçusunu GERİ QAYTARIR

Hazırda oxunan: "Real" sabiq futbolçusunu GERİ QAYTARIR

587462

"Real" sabiq futbolçusunu geri qaytarmaq qərarına gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə "AS" nəşri məlumat yayıb.

Madrid təmsilçisi hazırda İtaliyanın "Komo" klubunda uğurlu çıxışı ilə diqqət çəkən Niko Pası geri qaytarmaq qərarına gəlib.
 

Məlumata görə, klub futbolçunu əsas komandaya cəlb etmək üçün transfer etməkdə qərarlıdır. Razılaşmaya əsasən, "kral klubu" 2025, 2026 və 2027-ci illərdə hücumameyilli yarımmüdafiəçini 9 milyon avro qarşılığında geri almaq hüququna malikdir.


Qeyd edək ki, Niko Pas 2025/2026 mövsümündə 16 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Niko Pas 2023/2024 mövsümündə “Real”da çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO