"Qarabağ" "Qəbələ"ni məğlub etdi - VİDEO

"Qarabağ" "Qəbələ"ni məğlub etdi - VİDEO

Hazırda oxunan: "Qarabağ" "Qəbələ"ni məğlub etdi - VİDEO

586690

Misli Premyer Liqasında XVI turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Qarabağ" "Qəbələ"nin qonağı olub.

Qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə bitib - 1:2.
 

Meydan sahiblərinin heyətində 6-cı dəqiqədə Prins Ovusu fərqlənib. Ağdam klubunda 27-ci dəqiqədə Bədavi Hüseynov, 79-cu dəqiqədə Marko Yankoviç adlarını tabloya yazdırıblar.


Xallarının sayını 36-ya çatdıran "Qarabağ" hazırda liderdir. "Qəbələ" 8 xalla 11-cidir.

Günün ikinci matçında "Araz-Naxçıvan" "Şamaxı" ilə üz-üzə gələcək.

Qeyd edək ki, XVI tura dekabrın 22-də "Sumqayıt" - "Sabah" oyunu ilə yekun vurulacaq.

Daha əvvəl "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" "Karvan-Yevlax"ı (2:1) məğlub edib. "Zirə" - "İmişli" qarşılaşmasında qolsuz heç-heçə qeydə alınıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO