Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

Hazırda oxunan: Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırdı

586100

Türkiyə Superliqasında çıxış edən "Antalyaspor" baş məşqçisi Erol Bulut ilə yollarını ayırıb.

Bizim.Media xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

Məlumata görə, müvafiq qərar komandanın son matçında "Qalatasaray"a 1:4 hesabı ilə məğlub olmasından sonra verilib.
 

Mütəxəsislə əməkdaşlığın dayandırılması fonunda klub rəhbərliyi xidmətlərinə görə ona təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.


Xatırladaq ki, Erol Bulut "Antalyaspor"u çalışdırmağa başladığı vaxtdan bəri klub 10 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 5 məğlubiyyətlə üzləşib. Mütəxəssis cari ilin oktyabrında komandanı çalışdırmağa başlamışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO