Braziliya millisi baş məşqçisi Karlo Ançelotti ilə əməkdaşlığı uzunmüddətli davam etdirmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.
Braziliya Futbol Konfederasiyası italiyalı mütəxəssislə müqavilənin 2030-cu ilə qədər uzadılması istiqamətində danışıqlara başlayıb.
2025-ci ilin mayından etibarən yığmaya rəhbərlik edən Ançelotti illik 10 milyon avro ilə milli komandalar arasında ən yüksək maaş alan məşqçi statusuna malikdir. Onun mövcud müqaviləsində 2026-cı il Dünya Çempionatının qalibiyyəti halında 5 milyon avro bonus da nəzərdə tutulub.
Braziliya futbol rəhbərliyi çalışdırıcının qısa müddətdə komandanı toparladığını və mundial öncəsi gözləntiləri yüksəltdiyini əsas gətirərək ona tam etimad göstərir.
Qeyd edək ki, Braziliya yığması DÇ-2026-nın C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə qarşılaşacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
20:56 / 13.12.2025
Braziliya millisində Ançelotti dönəmi DAVAM EDƏCƏK
Hazırda oxunan: Braziliya millisində Ançelotti dönəmi DAVAM EDƏCƏK
Hazırda oxunan: Braziliya millisində Ançelotti dönəmi DAVAM EDƏCƏK
585377
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































