"Liverpul"da Salah gərginliyi - Qərar bu gün verilə bilər

"Liverpul"da Salah gərginliyi - Qərar bu gün verilə bilər

Hazırda oxunan: "Liverpul"da Salah gərginliyi - Qərar bu gün verilə bilər

585266

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın ulduz hücumçusu Məhəmməd Salah ilə bağlı qərarın onunla keçiriləcək şəxsi söhbətdən sonra veriləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, son günlər misirli futbolçu klubdakı mövqeyindən narazılığını açıq şəkildə ifadə etmiş, Slotu isə hörmətsizlikdə günahlandırmışdı. Bu açıqlamalardan sonra Salah Çempionlar Liqasının 5-ci turunda “İnter”lə oyun üçün heyətdən kənarlaşdırılmışşdı.

"Liverpool Echo" nəşri Arne Slotun məsələ ilə bağlı fikirlərini dərc edib: “Salahla danışacağam və nə olacağını həmin söhbət müəyyən edəcək. Mənim üçün vacib olan əvvəlcə bunu onunla şəxsən müzakirə etməkdir. Salah haqqında növbəti dəfə danışacağım yer burada yox, onunla söhbət olacaq. Əlavə deyəcəyim bir şey yoxdur”.

Dekabrın 11-də yayılan məlumatlara görə, “Liverpul” Salahın mümkün gedişi fonunda PSJ-nin vingeri Bredi Barkolanı potensial əvəzedici kimi nəzərdən keçirir.

Bundan başqa, *Indykaila News* portalı yazıb ki, Salahın transferində Səudiyyə Ərəbistanı klubunun ciddi marağı var və onlar hücumçuya həftəlik 2,8 milyon avro maaş təklif ediblər.

Qeyd edək ki, 33 yaşlı futbolçu 2017-ci ilin yayından "qırmızılar"da oynayır. O, bu mövsüm 19 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO