Azərbaycanda çıxış edən daha bir futbolçu Afrika Millətlər Kubokunda iştirak edəcək. “Şamaxı”nın yarımmüdafiəçisi Alfonse Msanqa Tanzaniya millisinə çağırılıb.
Bizim.Media xəbər verir ki, 22 yaşlı orta sahə oyunçusu yığmanın 28 nəfərlik yekun heyətində yer alıb.
O, bu səbəbdən “Şamaxı”nın Misli Premyer Liqasının 16-cı turu çərçivəsində dekabrın 21-də “Araz-Naxçıvan”a qarşı oyununu çox güman ki, buraxmalı olacaq. Çünki millisi iki gün sonra Afrika Millətlər Kubokunda ilk matçına çıxacaq.
Tanzaniya C qrupunda Nigeriya, Tunis və Uqanda yığması ilə mübarizə aparacaq. Komanda qrupdan çıxsa, Msanqanın “Şamaxı”ya dönüşü bir qədər də yubanacaq. Çünki dekabrın 21-də start götürəcək turnir yanvarın 18-dək davam edəcək.
Qeyd edək ki, “Zirə”nin yarımmüdafiəçisi Rikardo Gimaraeş də Mozambik yığmasının turnir üçün yekun heyətinə çağırılıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
13:09 / 11.12.2025
“Şamaxı”nın futbolçusu bu oyunu BURAXACAQ
Hazırda oxunan: “Şamaxı”nın futbolçusu bu oyunu BURAXACAQ
Hazırda oxunan: “Şamaxı”nın futbolçusu bu oyunu BURAXACAQ
584994
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































