“Ayaks” “Arsenal”ın sabiq futbolçusu ilə razılığa gəldi

“Ayaks” “Arsenal”ın sabiq futbolçusu ilə razılığa gəldi

Hazırda oxunan: “Ayaks” “Arsenal”ın sabiq futbolçusu ilə razılığa gəldi

584737

“Ayaks” klubu “Arsenal”ın keçmiş müdafiəçisi Takehiro Tomiyasu ilə ilkin razılıq əldə edib.

Bizim.Media xəbər verir ki, bu barədə Niderlandın “NOS” nəşri məlumat yayıb.

Tərəflərin hazırda müqavilənin son detallarını müzakirə etdiyi bildirilir. Yaponiyalı futbolçunun Niderland təmsilçisi ilə 6 aylıq müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, hazırda azad agent statusunda olan Tomiyasu son illərdə ciddi diz zədələri ilə mübarizə aparıb. Bu səbəbdən o, ötən mövsüm “Arsenal”ın heyətində cəmi 6 dəqiqə meydanda qala bilib. Müdafiəçinin əsas hədəfi formasını bərpa edərək Yaponiya millisi ilə DÇ-2026-da iştirak etməkdir.
 

Xatırladaq ki, “Ayaks” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turunda “Qarabağ”ın rəqiblərindən biridir.


"Qarabağ" - "Ayaks" oyunu sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 21:45-də start götürəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO