Misli Premyer Liqasında 14-cü turun oyunları keçirilir.
Bizim.Media xəbər verir ki, bu gün daha 1 oyun baş tutub.
“Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Naxçıvan təmsilçisi bu görüşdə inamlı qələbəyə sevinib.
“Sumqayıt” isə “İmişli” ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək görüşü Əliyar Ağayev idarə edəcək.
Daha öncə keçirilmiş “Zirə” – “Qarabağ” matçında (1:1) qalib müəyyənləşməyib, “Karvan-Yevlax” “Şamaxı”ya (0:3) uduzub, “Sabah” “Neftçi”yə (2:0) qalib gəlib. “Qəbələ” – “Turan Tovuz” oyunu isə yarıda qalıb.
Misli Premyer Liqası
14-cü tur
9 dekabr
“Araz-Naxçıvan” – “Kəpəz” 2:0
Qollar: Coşqun Diniyev, 38. Patrik Andrade, 64.
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov.
“Liv Bona Dea Arena”, 17:00.
Araz-Naxçıvan: 12. Kristian Avram, 34. Ürfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 8. Coşqun Diniyev, 16. Ramon Maçado, 6. Patrik Andrade, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 70. Çarlz Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 2. Qara Qarayev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
Kəpəz: 33. Yusif İmanov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 77. Fərid Nəbiyev, 5. Rauf Hüseynli, 88. Şakir Seyidov, 17. Ümid Səmədov, 29. Dioqo Verdaska (k), 14. Adama Fofana, 10. Ryonosuke Ohori, 6. Pedro Qomes.
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 15. Raul Məmmədov, 53. Şahmar Aşurov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 38. Cefferson Bento.
Baş məşqçi: Azər Bağırov.
Rəşad Rafiqoğlu, Bizim.Media






























































































