“Qalatasaray” sabiq futbolçusuna GÖZ DİKDİ

“Qalatasaray” sabiq futbolçusuna GÖZ DİKDİ

Hazırda oxunan: “Qalatasaray” sabiq futbolçusuna GÖZ DİKDİ

584543

Superliqada və Çempionlar Liqasında mübarizəni davam etdirən “Qalatasaray” sabiq futbolçusunu heyətinə qatmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Akşam” qəzeti məlumat yayıb.
 

Belə ki, “sarı-qırmızılar” qış transfer pəncərəsində orta xətti gücləndirmək üçün hərəkətə keçib. Bu məqsədlə baş məşqçi Okan Burukun xüsusi istəyi ilə transfer siyahısına komandanın sabiq futbolçusu Jedson Fernandeşin də adı yazılıb.


Klubun mövsümün əvvəlində “Beşiktaş”dan Rusiyanın “Spartak” klubuna transfer olunan 26 yaşlı portuqaliyalı yarımmüdafiəçini heyətə qatmaq üçün bütün şanslarını yoxlayacağı bildirilir.

Məlumata görə, bu transferin reallaşması maliyyə baxımdan çətin görünür. Belə ki, Rusiya təmsilçisinin Jedson üçün bonuslarla birlikdə təxminən 27 milyon avro ödədiyi məlumdur.
 

Eyni zamanda mümkün danışıqlarda “Spartak”ın bu transferin qarşılığında Qabriel Saranı istəyə biləcəyi bildirilir. Ancaq “Qalatasaray” rəhbərliyi Saranın bu sövdələşməyə daxil edilməsinə isti yanaşmır.


Qeyd edək ki, Jedson Fernandeşin Moskva klubu ilə müqaviləsi 2029-cu ilin iyununa qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO