Alonso Mbappe və Ronaldonu MÜQAYİSƏ ETDİ

Alonso Mbappe və Ronaldonu MÜQAYİSƏ ETDİ

Hazırda oxunan: Alonso Mbappe və Ronaldonu MÜQAYİSƏ ETDİ

584217

“Real”ın baş məşqçisi Xabi Alonso komandanın fransalı ulduzu Kilian Mbappeni əfsanəvi futbolçu Kriştiano Ronaldo ilə müqayisə edib.

Bizim.Media xəbər verir ki, ispaniyalı mütəxəssis Mbappenin də portuqaliyalı ulduz kimi klub tarixində silinməz iz qoymaq yolunda addımladığını bildirib.

O, hər iki futbolçunun oxşar xüsusiyyətlərə malik olduğunu vurğulayıb: “Kilian da Kriştiano kimi tarix yazmağa doğru irəliləyir. Onun ambisiyası və statistik göstəriciləri çox yüksəkdir. O, həqiqətən də seçilmiş futbolçulardan biridir.

Hər gün onunla çalışmaq böyük zövqdür. Mbappenin komandaya təsir etmək istəyi və enerjisi onu Ronaldoya bənzədən əsas xüsusiyyətlərdəndir”.

Alonso hər iki oyunçunun unikal futbolçu olduğunu qeyd edib:

“Kriştiano Kriştianodur, Kilian isə Kilian. Hər ikisi möhtəşəm futbolçudur. Kilianın heyətimizdə olması bizim üçün böyük şansdır və onun potensialından maksimum yararlanmalıyıq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO