“Qalatasaray” klubu gənc müdafiəçisi Metehan Baltacı ilə yollarını ayıra bilər.
Bizim.Media xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, İstanbul təmsilçisi mərc oyunları ilə bağlı istintaq çərçivəsində saxlanılan 23 yaşlı futbolçu barədə qəti qərar qəbul edib.
Belə ki, əgər Metehana qarşı iddialar təsdiqini taparsa, klub onunla müqaviləni dərhal ləğv etməyi planlaşdırır.
Məlumata görə, bu səhər keçirilən əməliyyatda adı hallanan futbolçunun öz komandasının oyunlarına mərc etdiyi iddia olunur. Xatırladaq ki, o, daha əvvəl də analoji səbəbdən Peşəkar Futbol İntizam Komitəsi (PFDK) tərəfindən 9 ay müddətinə futbolla məşğul olmaqdan məhrum edilmişdi.
Qeyd edək ki, “Qalatasaray”la müqaviləsi 2028-ci ilə qədər qüvvədə olan Metehan Baltacı indiyədək əsas komandada 22 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:16 / 06.12.2025
“Qalatasaray”dan Metehan Baltacıya qarşı SƏRT ADDIM
Hazırda oxunan: “Qalatasaray”dan Metehan Baltacıya qarşı SƏRT ADDIM
Hazırda oxunan: “Qalatasaray”dan Metehan Baltacıya qarşı SƏRT ADDIM
584092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































