Azərbaycan Kubokunun 1/8 final mərhələsi bu gün başa çatacaq

Azərbaycan Kubokunun 1/8 final mərhələsi bu gün başa çatacaq

Hazırda oxunan: Azərbaycan Kubokunun 1/8 final mərhələsi bu gün başa çatacaq

583763

Futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə bu gün yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, sonuncu oyun günündə üç qarşılaşma keçiriləcək.

İlk olaraq "Qəbələ" I Liqa təmsilçisi "Şəfa"nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Saat 19:00-da "Araz-Naxçıvan" - "Kəpəz" və "Difai" - "Sumqayıt" görüşləri başlayacaq.

"Qəbələ" - "Şəfa" cütünün qalibi növbəti raundda "Sabah"la üz-üzə gələcək. "Araz-Naxçıvan" - "Kəpəz" duelinin güclüsü 1/4 finalda "Turan Tovuz"a, "Difai" - "Sumqayıt" oyununda qalib gələn tərəf "Zirə"yə rəqib olacaq.

Qeyd edək ki, daha əvvəl bu mərhələdə "Turan Tovuz" "Şahdağ Qusar"ı (2:1), "Zirə" əlavə vaxtda "Neftçi"ni (1:0), "Şamaxı" "Baku Sportinq"i (1:0), "Sabah" əlavə vaxtda "İmişli"ni (2:1), "Qarabağ" isə "Karvan-Yevlax"ı (3:0) məğlub edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO