“Belə oyunlarda səbirli olmaq vacibdir” - Qurban Qurbanov

“Belə oyunlarda səbirli olmaq vacibdir” - Qurban Qurbanov

Hazırda oxunan: “Belə oyunlarda səbirli olmaq vacibdir” - Qurban Qurbanov

583746

“Belə oyunlarda səbirli olmaq çox vacibdir. Oyun intizamını pozmamaq lazımdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Karvan-Yevlax" üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edərkən deyib.

Təcrübəli mütəxəssis rəqibin onları yaxşı analiz etdiyini və 80-ci dəqiqəyə qədər ciddi müqavimət göstərdiyini vurğulayıb:
 

“Rəqib sənə oynamaq imkanı vermir, sən də axtarışda olursan ki, onu səhvə məcbur edəsən. Buna nail olanda razı qalırsan. Hər iki komanda intizamlı oynadı. Azarkeşlərimizə təşəkkür edirəm. "Karvan-Yevlax"a və Füzuli Məmmədova uğurlar arzulayıram”.


"Qarabağ"ın baş məşqçisi karyerasındakı 800-cü oyununu arxada qoymasına münasibət bildirib.

O, bu statistikanı şəxsən hesablamadığını, lakin uğurlu rəqəmlərin ona əlavə motivasiya verdiyini qeyd edib:

“Özüm heç vaxt belə şeyləri hesablamıram. Sadəcə, bəlkə bu, mənə əlavə həvəs verir. Əgər uğurlu statistikam varsa, buna sevinməliyəm. Hər futbolçunun çatmaq istədiyi rəqəmlər, hər məşqçinin isə arzuladığı karyera olur. Əgər 200-300 uğurlu oyun keçirmişəmsə, niyə də 1000-ə çatmasın? Uğursuz olduğu halda isə bəlkə də bunun xüsusi mənası qalmaz. Hər bir halda üzərimizə düşən işi yerinə yetirməliyik. Qarşıdakı illərdə də daha intizamlı və məsuliyyətli olmağa çalışacağıq.”

Mütəxəssis Avrokubok matçlarında “Qarabağ”ın 65-70-ci dəqiqələrdə daha çox qol buraxması məsələsinə də aydınlıq gətirib:

"Bunun, hər hansı səbəbi yoxdur. Ola bilər ki, rəqib daha çox hücumda olur, bizi məcbur edir səhv buraxmağa. Həmişə bildirmişəm ki, 90 dəqiqə oyundan qopmamalıyıq, konsentrasiyamız qaydasında olmalıdır. Götür-qoy etməmişəm bu barədə".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO