“Arsenal” klubu qış transfer pəncərəsində “Mançester Yunayted”in yarımmüdafiəçisi Kobi Maynonu heyətinə qatmağı planlaşdırır.
Bizim.Media xəbər verir ki, “ESPN”nin məlumatına görə, “topçular” 20 yaşlı futbolçunu zədələrə meyilli olan Martin Edeqora alternativ olaraq heyətinə cəlb etməyi planlaşdırır.
Cari mövsümdə zədə səbəbindən 66 gün komandanı tək qoyan norveçli kapitanı sığortalamaq üçün ən real variantın Maynonun qısamüddətli icarəyə götürülməsi olduğu bildirilir.
Qeyd edək ki, cari mövsümdə bütün turnirlərdə 10 oyunda iştirak edən Kobi Mayno 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "qırmızı şeytanlar"la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Bizim.Media

- A-
- A
- A+
İdman
07:29 / 03.12.2025
“Arsenal” zədə problemlərinə görə Maynoya YÖNƏLDİ
Hazırda oxunan: “Arsenal” zədə problemlərinə görə Maynoya YÖNƏLDİ
Hazırda oxunan: “Arsenal” zədə problemlərinə görə Maynoya YÖNƏLDİ
583567
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































