Vinisiusun müqavilə danışıqları yenə UZADILDI

Vinisiusun müqavilə danışıqları yenə UZADILDI

Hazırda oxunan: Vinisiusun müqavilə danışıqları yenə UZADILDI

583552

“Real”ın futbolçusu Vinisius Juniorun müqaviləsinin uzadılması ilə bağlı danışıqlar nəticəsiz qalıb.

Bizim.Media xəbər verir ki, "ESPN"nin məlumatına görə, tərəflər arasındakı danışıqların DÇ-2026-dan sonra bərpa olunması gözlənilir.

Bildirilir ki, tərəflər 2025-ci ilin mayında illik 20 milyon avro maaş və 10 milyon avro bonus qarşılığında razılığa yaxın olublar.
 

Lakin futbolçunun nümayəndələri klubun son təklifinin ilkin şərtlərdən fərqləndiyini və bonusların ləğv edildiyini əsas gətirərək narazılıq ediblər. Klub rəhbərliyi isə qarşı tərəfi şifahi razılaşmalara əməl etməməkdə ittiham edib.


Qeyd edək ki, braziliyalı vingerin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO