Hidayət gerilədi, Kokauri irəlilədi – Cüdoçularımızın yeni REYTİNQİ

Hidayət gerilədi, Kokauri irəlilədi – Cüdoçularımızın yeni REYTİNQİ

Hazırda oxunan: Hidayət gerilədi, Kokauri irəlilədi – Cüdoçularımızın yeni REYTİNQİ

583441

Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) dünya reytinqində mövqeyini pisləşdirib.

Bizim.Media xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) BƏƏ-nin Əbu-Dabi şəhərində keçirilən və Azərbaycan idmançılarının bir bürünc medal qazandığı son “Böyük Dəbilqə” turnirinin nəticələrinə əsasən yenilənmiş reytinq cədvəlini açıqlayıb.

Bu turnirdə fərqlənən idmançı +100 kq çəkidə yarışan Uşanqi Kokauri olub.

Yeni məlumatlara görə, Əbu-Dabidə uğursuz çıxış edən Hidayət Heydərov iki pillə geriləyib və hazırda 3836 xalla dördüncü yerdədir. Eyni çəki dərəcəsində çıxış edən digər Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev isə 3723 xalla üç pillə enib və səkkizinci pilləyə geriləyib. Bu kateqoriyada liderlik yaponiyalı Tatsuqi İşiharaya məxsusdur (4500 xal).

Bu arada turnirdə qazandığı bürünc medal Uşangi Kokauriyə bir pillə irəliləmə imkanı verib və o, 3801 xalla altıncı sırada qərarlaşıb.

Bundan əlavə, Balabəy Ağayev (60 kq, 9-cu yer, 3191 xal) iki pillə geriləyib, Əhməd Yusifov (60 kq, 11-ci yer, 2630 xal) üç pillə irəliləyib, Ruslan Paşayev (66 kq, 6-cı yer, 3151 xal) bir pillə enib, Zelim Kotsoyev (81 kq, 5-ci yer, 4015 xal) iki pillə geriləyib, Elcan Hacıyev (90 kq, 2-ci yer, 3651 xal) mövqeyini qoruyub, Murad Fətiyev (90 kq, 10-cu yer, 2476 xal) dörd pillə irəliləyib, Zelim Kotsoyev isə (100 kq, 2-ci yer, 4868 xal) əvvəlki mövqeyində qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO