“Barselona” Almaniya klubunun üzvü ilə MARAQLANIR

“Barselona” Almaniya klubunun üzvü ilə MARAQLANIR

Hazırda oxunan: “Barselona” Almaniya klubunun üzvü ilə MARAQLANIR

583366

"Leypziq"in futbolçusu Antonio Nusa karyerasını İspaniya La Liqasında davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, "Leypziq" norveçli vingeri transfer etmək istəyir. Bu barədə "Diario AS" nəşri məlumat yayıb.
 

La Liqa nəhənginin skautları Norveç millisinin üzvünü DÇ-2026-nın seçmə mərhələsinin İtaliya ilə matçında izləyiblər. 20 yaşlı oyunçu həmin matçda 1 qol vurub. "Barselona"nın gənc oyunçu üçün yaxın zamanda hərəkətə keçəcəyi bildirilir.


Qeyd eədk ki, "Leypziq" Antonio Nusanı 2024-cü ilin yayında "Brügge"dən 21 milyon avroya transfer edib. O, cari mövsümdə Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO