Pekin-2022 Qış Olimpiya Oyunları start götürüb.
Bizim.Media xəbər verir ki, açılış mərasimi fevralın 4-də baş tutacaq yarışda bəzi iştirakçılar mübarizəyə bu gündən başlayıb.
Bakı vaxtı ilə saat 15:30-da kirşə idmanında kişilərin fərdi yarışında mübarizə aparan idmançılar birinci test yürüşünə çıxıblar. Məşq xarakteri daşıyan kirşəçilər üçün bu çıxış yarış öncəsi rəsmi sınaqdır.
Bakı vaxtı ilə saat 16:05-də isə Pekin-2022-nin ilk yarışları başlayacaq. Kerlinqdə mübarizə aparan qarışıq cütlər qrup mərhələsində ilk turun görüşlərinə çıxacaq.
Eyni vaxtda 4 qarşılaşma start götürəcək. İsveç Böyük Britaniya, Avstraliya ABŞ, Norveç Çexiya, Çin İsveçrəni sınağa çəkəcək.
Qeyd edək ki, sabah hokkey, dağ xizəyi, tramplindən xizəklə tullanma, fristaylda da yarış və ya rəsmi məşqlər baş tutacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:39 / 02.02.2022
Pekin-2022: Qış Olimpiadası başladı
Hazırda oxunan: Pekin-2022: Qış Olimpiadası başladı
Hazırda oxunan: Pekin-2022: Qış Olimpiadası başladı
58322
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.