UEFA Çempionlar Liqası Liqa mərhələsinin 5-ci turunun ən yaxşı oyunçusu müəyyənləşib.
Bizim.Media xəbər verir ki, "Real"ın hücumçusu Kilian Mbappe həftənin ən yaxşısı seçilib.
Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Fransalı forvard UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda Seru Girassi ("Borussiya"), Vitinya (PSJ) və Pyer-Emerik Obameyanqı ("Marsel") qabaqlayıb.
Qeyd edək ki, Kilian Mbappe "Real"ın "Olimpiakos"u 4:3 hesabı ilə məğlub etdiyi matçda komandasının bütün qollarının müəllifi olub.
Rəşad Rafiqoğlu, Bizim.Media































































































