“Milan”ın qapıçısı “Çelsi”yə KEÇƏ BİLƏR

“Milan”ın qapıçısı “Çelsi”yə KEÇƏ BİLƏR

Hazırda oxunan: “Milan”ın qapıçısı “Çelsi”yə KEÇƏ BİLƏR

582585

“Çelsi” klubu “Milan”ın qapıçısı Mayk Menyanı heyətinə qatmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, “zadəganlar” fransalı qolkiperi müqaviləsi bitdikdən sonra transfer etmək niyyətindədir.
 

Futbolçunun da öz növbəsində İtaliya təmsilçisi ilə müqaviləni yeniləməyə maraqlı olmadığı bildirilir. Bu keçid reallaşarsa, London klubunun Filip Yorgensenlə yollarını ayıracağı gözlənilir.


Qeyd edək ki, 30 yaşlı qapıçının müqaviləsi gələn yay başa çatacaq. Futbolçu cari mövsümdə 13 oyuna çıxıb, 9 qol buraxıb və 7 görüşdə qapısını toxunulmaz saxlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO