Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

Hazırda oxunan: Qış Olimpiya Oyunlarının məşəli yandırıldı - VİDEO

582528

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli eramızdan əvvəl VIII əsrdə Olimpiya Oyunlarının vətəni olmuş Yunanıstanın Qədim Olimpiya kəndində yandırılıb.

Bizim.Media xəbər verir ki, mərasim Yunanıstanın ERT Sport televiziya kanalı tərəfindən yayımlanıb.

Məşəlin alovlandırılması mərasimi yunan opera müğənnisi Kristina Pouliçinin ifasında Olimpiya Himni və Afina İtalyan Məktəbinin uşaq xorunun ifasında İtaliya və Yunanıstanın dövlət himnləri ilə başlayıb.

Tədbirdə Yunanıstan Prezidenti Konstantinos Tasoulas və Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri iştirak ediblər.
 

Ənənəvi olaraq, məşəl qədim Hera Məbədində günəş şüaları və parabolik güzgüdən istifadə edərək alovlandırılır. Lakin əlverişsiz hava şəraiti səbəbindən bu il mərasim Olimpiya Arxeologiya Muzeyinə köçürülüb.


2026-cı il Olimpiya Oyunları 6-22 fevral tarixlərində İtaliyanın Milan və Kortina d'Ampezzo şəhərlərində keçiriləcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO