Qurban Qurbanov: “Mənə heç yerdə heykəl qoyulmasın” – VİDEO

Qurban Qurbanov: “Mənə heç yerdə heykəl qoyulmasın” – VİDEO

Hazırda oxunan: Qurban Qurbanov: “Mənə heç yerdə heykəl qoyulmasın” – VİDEO

582522

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ona heykəl qoyulmasını istəmir.

Bizim.Media xəbər verir ki, bu barədə “Sportinfo”ya müsahibəsində məşqçi özü bildirib.

“Məncə, heç yerdə mənə heykəl qoyulmasın. Belə şeyin olmasını ümumiyyətlə istəmirəm.
 

Mən bu xalqın övladıyam. Tapşırılan işi layiqincə yerinə yetirməliyəm. Heykəli qoyulası o qədər adam var ki... Bizim müharibədə o qədər qəhrəmanlarımız oldu, öz xarakterini ortaya qoyub ölümə gedənlər oldu...


Onların haqqında daha çox danışılmalıdır, nəinki bizim. Bu, gündəlik iş rejimidir, bizə maneə olan, daş atan yoxdur. Sakitcə öz işimizi görürük”, - deyə Q. Qurbanov söyləyib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO