“Napoli” - “Qarabağ” OYUNU BAŞLADI - VİDEO

“Napoli” - “Qarabağ” OYUNU BAŞLADI - VİDEO

Hazırda oxunan: “Napoli” - “Qarabağ” OYUNU BAŞLADI - VİDEO

582391

UEFA Çempionlar Liqasının 5-ci turuçərçivəsində “Napoli” doğma meydanda “Qarabağ” ilə qarşılaşır.

Bizim.Media xəbər verir ki, "Stadio Diego Armando Maradona" stadionunda keçirilən oyun Bakı vaxtı ilə saat 00:00-da başlayıb.

Oyunu tanınmış polşalı referi Şimon Marçinyak idarə edir.
 

Qeyd edək ki, 4 turdan sonra “Qarabağ” turnir cədvəlində 7 xalla 36 komanda arasında 15-ci pillədə qərarlaşıb. Qurban Qurbanovun komandası “Benfika” (3:2) və “Kopenhagen”i (2:0) məğlub edib, “Çelsi” ilə bərabərə (2:2) qalıb və yalnız “Atletik”ə uduzub (1:3).


“Napoli” isə 4 oyundan 4 xal toplayıb və turnir cədvəlində 24-cü yeri tutur. Neapol təmsilçisi səfərdə “Mançester Siti”yə 0:2, PSV-yə 2:6 hesabı ilə uduzub. Öz meydanında isə “Sportinq”ə 2:1 hesabı ilə qalib gəlib və “Ayntraxt”la qolsuz bərabərliyə razılaşıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, V tur

26 noyabr

00:00. “Napoli” (İtaliya) - “Qarabağ” (Azərbaycan)

Hakimlər: Şimon Marçinyak, Adam Kupsik, Tomaş Listkeviç, Voytsex Mlts (Polşa)

VAR: Pol van Bukel (Niderland)

AVAR: İvan Bebek (Xorvatiya)

Neapol, “Stadio Diego Armando Maradona”


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO