ABŞ-ın Sinsinnati şəhərindəki "Ti-Kyu El Stedium" stadionunda "Sinsinnati" və "İnter Mayami" arasında MLS-nin pley-offunun 1/4 final matçı başa çatıb.
Bizim.Media xəbər verir ki, matç "İnter Mayami"nin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Qalib komandanın heyətində argentinalı oyunçular Mateo Silvetti və Tadeo Allende (dubl) fərqləniblər. Hücumçu Lionel Messi də bir qol vurub və üç məhsuldar ötürmə edib.
Beləliklə, "İnter Mayami" turnirin yarımfinalına yüksəlib. Komanda "Filadelfiya" – "Nyu-York Siti" matçının qalibi ilə qarşılaşacaq.
Bizim.Media

- A-
- A
- A+
İdman
09:04 / 24.11.2025
Messinin komandası MLS Kubokunun yarımfinalında – VİDEO
Hazırda oxunan: Messinin komandası MLS Kubokunun yarımfinalında – VİDEO
Hazırda oxunan: Messinin komandası MLS Kubokunun yarımfinalında – VİDEO
582037
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































