Bu gün Azərbaycanın dörd güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında medal qazanıb.
Bizim.Media xəbər verir ki, sərbəst güləşçimiz Arseniy Djioyev (86 kq) finalda Xıdır Saypudinova (Bəhreyn) qalib gələrək çempion olub.
Digər sərbəst güləşçimiz Ağanəzər Novruzov (74 kq) həlledici görüşdə İran təmsilçisinə 0:5 hesabı ilə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
İki sərbəst güləşçimiz Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala yiyələniblər.
Maqomedovun bəhreynli rəqibi Əhməd Tajudinov üçüncü yer uğrunda görüşə çıxmayıb.
Meşvildişvili isə bürünc medal uğrunda misirli Abdelrahman Şeyatanı 5:0 hesabı ilə üstələyib.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:50 / 21.11.2025
Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc MEDAL
Hazırda oxunan: Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc MEDAL
Hazırda oxunan: Güləşçilərimizdən 1 qızıl, 1 gümüş, 2 bürünc MEDAL
581750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































