“Flamenqo”da çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Juninyo instaqram hesabında Azərbaycan klubunun heyətində vurduğu qolu paylaşıb.
Bizim.Media xəbər verir ki, paylaşımda forvardın Avropa Liqasının 1/8 final mərhələsində Bakıda keçirilən matçda “Bayer”in (Leverkuzen) qapısına vurduğu qol yer alıb.
Qeyd edək ki, Juninyo bu ilin yayında 5 milyon avro qarşılığında Braziliyanın “Flamenqo” klubuna transfer olunub.
Lakin o, bu komandanın heyətində demək olar ki, oynamaq şansı qazanmır. Məhz baş məşqçi Felipe Luisin ona şans verməməsi futbolçunun Ağdam klubuna qayıdacağı ilə bağlı xəbərləri gücləndirib.
Bizim.Media

- A-
- A
- A+
İdman
17:49 / 21.11.2025
Juninyo “Qarabağ”da vurduğu qolu paylaşdı – VİDEO
Hazırda oxunan: Juninyo “Qarabağ”da vurduğu qolu paylaşdı – VİDEO
Hazırda oxunan: Juninyo “Qarabağ”da vurduğu qolu paylaşdı – VİDEO
581731
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































