"Qalatasaray" zədəli futbolçuları ilə bağlı MƏLUMAT YAYDI

"Qalatasaray" zədəli futbolçuları ilə bağlı MƏLUMAT YAYDI

Hazırda oxunan: "Qalatasaray" zədəli futbolçuları ilə bağlı MƏLUMAT YAYDI

581249

Super Liqa klubu “Qalatasaray” zədəli futbolçularının son durumu ilə bağlı rəsmi açıqlama yayıb.

Bizim.Media xəbər verir ki, "sarı-qırmızılılar"ın tibbi heyəti son dövrdə zədələnən İlkay Gündoğan, Yunus Akgün, Berkan Kutlu, Kaan Ayhan və Viktor Osimhenin mövcud vəziyyətinə aydınlıq gətirib.

Belə ki, müalicəsi tamamlanan təcrübəli yarımmüdafiəçi İlkay Gündoğan komanda ilə birlikdə məşqə çıxıb.

Qasıq yırtığı əməliyyatı keçirən Yunus Akgün bu gün düz qaçışlara başlayıb.
 

Sol alt arxa əzələsində orta dərəcəli gərilmə aşkarlanan Berkan Kutlunun müalicəsi davam etdirilir.


Milli komandalarından bu gün qayıdacaq Kaan Ayhan və Viktor Osimhen ilə bağlı dəqiq məlumatlar isə aparılacaq müayinələrdən sonra bəlli olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO