Türkiyə millisinin futbolçusu İngiltərə klubunun HƏDƏFİNDƏ

Türkiyə millisinin futbolçusu İngiltərə klubunun HƏDƏFİNDƏ

Hazırda oxunan: Türkiyə millisinin futbolçusu İngiltərə klubunun HƏDƏFİNDƏ

581094

Türkiyə millisinin və “Rizespor” klubunun müdafiəçisi Samet Akaydın İngiltərənin “Blekbern Rovers” klubuna transfer ola bilər.

Bizim.Media xəbər verir ki, İngiltərə təmsilçisi müdafiə xəttini gücləndirmək məqsədilə Samet Akaydını transfer siyahısına əlavə edib.

İngilis klubunun rəhbərlərinin millinin oyunçusu üçün rəsmi təklif irəli sürəcəyi bildirilir.
 

Mövsümün sonunda “Rizespor” ilə müqaviləsi başa çatacaq 31 yaşlı futbolçunun isə İngiltərədən gələcək təklifə müsbət yanaşma ehtimalı yüksəkdir.


Qeyd edək ki, cari mövsümdə bütün yarışlarda 11 oyunda iştirak edən Samet Akaydın bu matçlarda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO