Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

Hazırda oxunan: Cüdoçumuz Xorvatiyadakı turnirdə qızıl medal qazandı

580910

Azərbaycan cüdoçusu Xorvatiyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pridə qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, son yarış günündə yığmamız aktivinə iki mükafat yazdırıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. O, finalda Niderland idmançısı Yur Spaykersi ipponla məğlub edib.

90 kq çəkidə çıxış edən Vüqar Talıbov isə üçüncü yer uğrunda görüşdə komanda yoldaşı Aslan Kotsoyevdən üstün olaraq bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl Hüseyn Allahyarov (60 kq) bürünc medala yiyələnib.

Beləliklə, 1 qızıl və 2 bürünc medal əldə edən Azərbaycan 48 ölkə arasında ümumi komanda hesabında beşinci, kişilərin mübarizəsində isə dördüncü yeri tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO