"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

"Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

Hazırda oxunan: "Liverpul"un sahibləri yeni klub AXTARIŞINDA

580766

"Liverpul"un sahibi olan "Fenway Sports Group" şirkəti İspaniyanın "Hetafe" klubunun alınması ilə bağlı danışıqları dayandırıb.

Bizim.Media xəbər verir ki, məlumata görə, İspaniya çempionatında tətbiq olunan maliyyə qaydalarına ciddi nəzarət işləri amerikalıları narahat edib.

Bu səbəbdən müvafiq istiqamət üzrə addımların atılması ilə bağlı işlər dayandırılıb. Bununla yanaşı, şirkətin digər potensiallı klublara maraq göstərəcəyi ehtimal olunur. Lakin qurum hələlik yeni hədəfləri ilə bağlı açıqlama verməyib. Bildirilir ki, şirkətin yeni klub axtarması "Red Bull" şirkətində olduğu kimi çox klublu şəbəkə yaratmağa çalışması ilə bağlıdır.

Qeyd edək ki, hazırda “Hetafe” İspaniya çempionatında 12 turdan sonra 17 xal toplayaraq turnir cədvəlində səkkizinci yerdə qərarlaşıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO