Arda Gülərə fantastik TƏKLİF: 350 milyon avro, 2 otel, 7 VİLLA...

Arda Gülərə fantastik TƏKLİF: 350 milyon avro, 2 otel, 7 VİLLA...

Hazırda oxunan: Arda Gülərə fantastik TƏKLİF: 350 milyon avro, 2 otel, 7 VİLLA...

579877

Səudiyyə Ərəbistanının ən güclü klublarından biri olan "Al Hilal", gənc futbolçu Arda Gülər üçün dünya futbol tarixində nadir rast gəlinən təklif hazırlayıb.

Bizim.Media xəbər verir ki, klub Ardaya illik 350 milyon avro maaş, həmçinin 2 otel, 7 villa və 113 nəfərlik şəxsi heyət təqdim etməyi planlaşdırır.
 

Təklifin ən maraqlı tərəfi isə budur ki, Arda Gülərin soyadını daşıyan bütün ailə üzvləri üçün dünyanın istənilən ölkəsinə pulsuz uçuş və 5 ulduzlu otellərdə qalmaq imkanı veriləcək.


Əgər futbolçu transferi qəbul etsə, özünə 200 milyon avro, ailəsinə isə 100 milyon avro ödəniləcək.

Məlumata əsasən, "Al Hilal" 2025-ci ilin yanvar ayında Arda Gülərə 5 illik müqavilə təklif etməyə hazırlaşır.

Bu fantastik təklif idman dünyasında böyük maraqla qarşılanıb. İzləyicilər iddialar müxtəlif rəylər yazıblar. Bəziləri inanmayaraq sözügedən məlumatın uydurma olduğuna və reallıqdan uzaq olduğuna işarə ediblər. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO