Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda "Qarabağ" - "Çelsi" görüşündən öncə Bakıya gələn, Ağdam klubunun rəsmiləri ilə görüşən və matçı şərh edən Ertem Şener Azərbaycanla bağlı yeni video paylaşıb.
Bizim.Media xəbər verir ki, türkiyəli tanınmış şərhçi "Qarabağ" klubunun idarəetməsi, Qurban Qurbanov və ölkəmiz haqda xoş sözlər səsləndirib.
O, deyib: "Canım "Qarabağ"ım. "Azersun Holding"ə, "Qarabağ"ın prezidenti Tahir Gözelə salam göndərirəm. Siz necə bir komanda yaratmısınız?! Baş direktor Emrah Çelikel sizi ürəkdən təbrik edirəm, ayaq üstə alqışlayıram. İnfrastrukturunuz mükəmməldir. Qurban Qurbanov haqda artıq heç nə demirəm. O, onsuz da öz sözünü meydanda deyir. Hamınıza salamı var.
Matçdan 1 gün əvvəl də, sonra da Qurban Qurbanovla söhbət etdik. O, artıq mənim dəyərli bir dostumdur. Məndən 3 yaş böyükdür. Böyük qardaşımdır. İnanılmaz dərəcədə təvəzökar insandır. Bu komanda Çempionlar Liqasında çox yaxşı yerlərə gələcək. Bizim klublarımıza örnək olsun".
E.Şener Azərbaycanı "Zəfər Günü" münasibəti ilə təbrik də edib: "Azərbaycan Türkiyəni çox sevir. Onlar həqiqətən də bizi qardaşdan da artıq görürlər. Hər 10 evdən 9-da Türkiyə bayrağı var. Bizim üçün canları yanır. Onları daha çox qucaqlayaq. Qarabağ zəfərinin 5-ci ildönümüdür. "Qarabağ" Futbol Klubu çox vacib addır. Allahverdi Bağırovu, Qarabağ üçün canından keçən bütün şəhidlərimizi anıram. Bayramınızı, bayramımızı təbrik edirəm. Allah bir daha bu məmləkətə müharibə yaşatmasın. Azərbaycan çox böyük bir dövlət, ölkədir. Zəfərimizin 5-ci ili mübarək".
Bizim.Media

- A-
- A
- A+
İdman
22:47 / 07.11.2025
Türk şərhçi “Qarabağ”ın idarəetməsi haqda NƏ DEDİ?
Hazırda oxunan: Türk şərhçi “Qarabağ”ın idarəetməsi haqda NƏ DEDİ?
Hazırda oxunan: Türk şərhçi “Qarabağ”ın idarəetməsi haqda NƏ DEDİ?
579483
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.























































































