“Bu cür qollar buraxmaq axmaqlıqdır” - “Çelsi”nin baş məşqçsi

“Bu cür qollar buraxmaq axmaqlıqdır” - “Çelsi”nin baş məşqçsi

Hazırda oxunan: “Bu cür qollar buraxmaq axmaqlıqdır” - “Çelsi”nin baş məşqçsi

579141

“Düşünürəm ki, oyuna düzgün şəkildə başladıq. Matça nəzarət bizdə idi, amma birinci qolu buraxandan sonra 4-5 dəqiqə içində ikinci qolu da öz qapımızda gördük”. 

Bizim.Media xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Enzo Mareska “Qarabağ”la UEFA Çempionlar Liqası matçından (2:2) sonra keçirilən mətbuat konfransında bildirib.

O deyib ki, komandası ikinci hissədə xeyli yaxşı oynayıb.

45 yaşlı italiyalı mütəxəssis etdiyi rotasiyalar barədə də danışıb:

“Bunu artıq bir neçə dəfə izah etməyə çalışmışam. Məqsəd Moisesi, Enzonu, Malonu və digər bəzi oyunçuları dincəltmək idi. Onlar hər üç gündən bir oynaya bilməzlər. Klublararası dünya çempionatı bizə çox təsir etdi. Rotasiyanı sınadıq. Qalib gələndə bunu heç kim qeyd etmir, amma uduzanda hamı bunun üzərində dayanır”.

Mareska “Qarabağ” haqda isə deyib:

“Onlar yaxşı komandadır. Yaxşı oynayırlar və burada oynamaq çətindir”.

O, komandasının səhvləri haqda da danışıb:

“Bu gün əsas fərq cərimə meydançasında idi. Bu cür qollar buraxmaq axmaqlıqdır. Rəqibin cərimə meydançasında biz kifayət qədər dəqiq deyildik. Mənim üçün əsas fərq budur”.

“Çelsi” top itkisi haqqında baş məşqçi belə deyib:

“Mən “Çelsi”də top saxlamaqda problem görmürəm. “Qarabağ” yaxşı pressinq edir, amma bizim də çoxlu qol imkanlarımız oldu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO