"Real Madrid" rəhbərliyi Vinisiusun davranışlarından NARAHATDIR

"Real Madrid" rəhbərliyi Vinisiusun davranışlarından NARAHATDIR

Hazırda oxunan: "Real Madrid" rəhbərliyi Vinisiusun davranışlarından NARAHATDIR

578933

Madridin "Real" klubu hücumçu Vinisius Juniorun gələcəyi ilə bağlı qərar verib. 

Bizim.Media xəbər verir ki, Almaniyanın “Sport Bild” nəşrinin məlumatına görə, klub rəhbərliyi braziliyalı futbolçunun emosional davranışından yorulub. 
 

Xüsusilə də son ərəfələrdə “Barselona”ya qarşı keçirilən “El-Klasiko” matçında baş verən vəziyyət bu qərarın əsas səbəbi olub. Məlumata görə, Vinisiusun baş məşqçi Xabi Alonso tərəfindən ikinci hissədə əvəzlənməsinə həddindən artıq emosional və neqativ reaksiyası klub rəhbərliyində narahatlıq yaradıb.


"Real"ın prezidenti Florentino Peres klubun nüfuzunu istənilən futbolçudan üstün tutur. Buna görə də "Real" Vinisiusu 2026-cı ilin yayında satmağı planlaşdırır.

Qeyd edək ki, Vinisiusun klubla müqaviləsi 2027-ci ilin ortalarınadək qüvvədədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO