Premyer Liqa klubunun oyunçusu silahla HƏDƏLƏNDİ

Premyer Liqa klubunun oyunçusu silahla HƏDƏLƏNDİ

Hazırda oxunan: Premyer Liqa klubunun oyunçusu silahla HƏDƏLƏNDİ

578695

İngiltərə Premyer Liqası klublarından birinin adı açıqlanmayan futbolçusu Londonda xoşagəlməz hadisə ilə üzləşib.

Bizim.Media xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
 

Sözügedən oyunçu küçədə silahla hədələnib. Hadisə sentyabrın 6-da futbolçu dostu ilə küçədə gəzərkən baş verib.


Polis təqsirkarı saxlayıb. Məlum olub ki, həmin şəxs futbol meneceridir. O, odlu silahla hədələmə və şantajda şübhəli bilinib.

Lakin günahlandırılan şəxs futbolçudan uzaq durmaq və onunla heç bir halda əlaqə saxlamaq şərti ilə zaminə buraxılıb.
 

Qeyd olunub ki, adı açıqlanmayan futbolçu 20 yaşından yuxarıdır və onun transfer dəyəri 60 milyon sterlinqdir.


İstintaq altında olan menecerin müştəriləri arasında isə İngiltərə millisinin üzvləri də var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO