"Turan Tovuz" öz meydanında "Şamaxı"nı məğlub etdi - VİDEO

"Turan Tovuz" öz meydanında "Şamaxı"nı məğlub etdi - VİDEO

Hazırda oxunan: "Turan Tovuz" öz meydanında "Şamaxı"nı məğlub etdi - VİDEO

578514

"Turan Tovuz" Misli Premyer Liqasında növbəti qələbəsini qazanıb.

Bizim.Media xəbər verir ki, bölgə təmsilçisi X turda "Şamaxı" ilə üz-üzə gəlib.

Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 45+2-ci dəqiqədə Roberto Olabe, 49-cu dəqiqədə Joarlem Santos vurublar. Qonaqlardan 45-ci dəqiqədə Rikardo Apolinario penaltidən fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 21-ə çatdıran "Turan Tovuz" birinci pillədə qərarlaşıb. "Şamaxı" 10 xalla doqquzuncu sıradadır.

Günün ikinci matçında "Sumqayıt" "Araz-Naxçıvan"ı qəbul edəcək.

Qeyd edək ki, tura noyabrın 3-də "Sabah" - "Qəbələ" qarşılaşması ilə yekun vurulacaq. Əvvəlki oyunlarda "Qarabağ" "İmişli"ni (2:0), "Zirə" "Karvan-Yevlax"ı (3:2), "Neftçi" "Kəpəz"i (5:1) məğlub edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO