"Australian Open-2022"in finalında bu idmançılar qarşılaşacaq

Hazırda oxunan: "Australian Open-2022"in finalında bu idmançılar qarşılaşacaq

57806

Bu gün “Böyük dəbilqə” seriyasından kişilər arasında “Australian Open-2022” turnirinin final oyunu keçiriləcək.

Bizim.Media xəbər verir ki, Bakı vaxtı ilə saat 12:30-da start götürəcək görüşdə ispaniyalı Rafael Nadal və rusiyalı Daniil Medvedev üz-üzə gələcəklər.

İspaniyalı tennisçi yarımfinalda italiyalı Matteo Barrettini (6:3, 6:2, 3:6, 6:3) məğlub edib. Daniil Medvedev isə Yunanıstan təmsilçisi Stefanos Tsitsipasdan üstün olub (7:6, 6:4, 6:4, 6:1).

Turnirdə rusiyalı Daniil Medvedev qələbə qazanarsa, Novak Cokoviç Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) reytinqində liderliyi əldən verəcək.

Yarışın ümumi mükafat fondu 54 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, “Australian Open-2022” mövsümün ilk “Böyük dəbilqə” seriyalı turniridir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO