“İmişli”nin bu paylaşımı gülüşə səbəb oldu – VİDEO

“İmişli”nin bu paylaşımı gülüşə səbəb oldu – VİDEO

Hazırda oxunan: “İmişli”nin bu paylaşımı gülüşə səbəb oldu – VİDEO

578018

Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” klubunun paylaşımı marağa səbəb olub.

Bizim.Media xəbər verir ki, klub rəsmi instaqram hesabında özləri ilə bağlı sarkazmlı video paylaşıb.

Paylaşımda iki foto yer alıb. Şir şəklinin qarşısına “Qələbədən sonra növbəti oyuna hazırlaşan biz”, eyni rənglərdə olan biskvit fotosunun qarşısına isə “Rəqibimizin “Qarabağ” olduğunu yadımıza salanda”, - sözləri yazılıb.

Bu da sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. Bəz istifadəçilər bunun gülməli olduğunu, digərləri isə klubun özünə hörmətsizlik etdiyini bildiriblər.

Qeyd edək ki, “İmişli” Premyer Liqanın 10-cu turunda “Qarabağ”ı qonaq edəcək. Görüş 31 oktyabr, 14:00-da Quba OİK-də baş tutacaq.

Sözügedən paylaşımı təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO