Ayxan Abbasov: "Qarabağ"dan aldığımız xal bizim üçün önəmlidir

Ayxan Abbasov: "Qarabağ"dan aldığımız xal bizim üçün önəmlidir

Hazırda oxunan: Ayxan Abbasov: "Qarabağ"dan aldığımız xal bizim üçün önəmlidir

577346

"Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının lX turunda səfərdə "Qarabağ"la oyundan (0:0) sonra mətbuat konfransında sualları cavablandırıb.

Bizim.Media xəbər verir ki, o, oxu.az əməkdaşının ona ünvanladığı "Bir xalı sizin, yoxsa "Qarabağ"ın aktivinə yazmaq olar?" sualını cavablandırıb.

Mütəxəssis hər xalı komandası üçün vacib adlandırıb:

"Bizə hər xal vacibdir. Çünki məqsədlər ayrıdır. Biz "Qarabağ"la müqayisə ediləsi deyilik. Əsas odur ki, "Şamaxı" adı ilə "Qarabağ"dan ilk xalımızı aldıq. Ötən mövsüm iki oyunda son anlarda nəsə çatmadı. Bu gün xal aldıq. Bizim üçün mühüm xaldır. "Qarabağ" çempionluğa oynayan, lider komandadır. Səfərdə bir xal bizim üçün daha önəmlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO