"Qarabağ" "Şamaxı" ilə oyunda xal itirdi

"Qarabağ" "Şamaxı" ilə oyunda xal itirdi

Hazırda oxunan: "Qarabağ" "Şamaxı" ilə oyunda xal itirdi

577331

Futbol üzrə Misli Premyer Liqasında IX tura yekun vurulub.

Bizim.Media xəbər verir ki, turun son oyununda "Qarabağ" öz meydanında "Şamaxı"nı qəbul edib. "Azərsun Arena"da keçirilən görüşdə hesab açılmayıb.

Bu nəticədən sonra Ağdam klubu 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda rəqiblərindən bir oyun az keçirib. Şamaxının eyniadlı təmsilçisi isə 10 xalla doqquzuncudur.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Karvan-Yevlax"a 2:1, "İmişli" "Kəpəz"ə 3:0, "Zirə" "Sumqayıt"a 1:0, "Neftçi" "Qəbələ"yə 2:0 hesabı ilə qalib gəlib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO