"Qarabağ" bu gün "Şamaxı"nı SINAĞA ÇƏKƏCƏK

"Qarabağ" bu gün "Şamaxı"nı SINAĞA ÇƏKƏCƏK

Hazırda oxunan: "Qarabağ" bu gün "Şamaxı"nı SINAĞA ÇƏKƏCƏK

577232

Misli Premyer Liqasında bu gün IX tura yekun vurulacaq.

Bizim.Media xəbər verir ki, turun son oyun günündə 2 görüş baş tutacaq.
 

"Qəbələ" evdə "Neftçi" ilə üz-üzə gələcək. Matç Qəbələ şəhər stadionunda, saat 16:00-da start götürəcək. "Qəbələ" hazırda 5 xalla 10-cu pillədə qərarlaşıb. 9 xala malik "Neftçi" isə 9-cu yerdədir.


Turun son matçında "Qarabağ" evdə "Şamaxı"nı qəbul edəcək. Görüş "Azərsun Arena"da saat 18:30-da başlayacaq. "Qarabağ" hazırda 16 xalla turnir cədvəlinin 2-ci pilləsindədir. 8-ci yerdə qərarlaşan "Şamaxı"nın isə 9 xalı var.

Misli Premyer Liqası

I dövrə, IX tur

26 oktyabr

16:00. "Qəbələ" – "Neftçi"

18:30. "Qarabağ" – "Şamaxı"

Qeyd edək ki, daha əvvəl "Turan Tovuz" "Karvan-Yevlax"ı (2:1), "İmişli" "Kəpəz"i (3:0), "Zirə" isə "Sumqayıt"ı (1:0) məğlub edib. "Araz-Naxçıvan" - "Sabah" matçı heç-heçə bitib - 2:2.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO