Serbiyanın Novi Sad şəhərində U-23 dünya çempionatı davam edir.
Bizim.Media xəbər verir ki, sərbəst güləş üzrə 57, 70, 79 və 125 kiloqramlarda mübarizəyə start verilib.
Azərbaycan təmsilçilərindən Muhəmmədəli Əlizadə (57 kiloqram) debütdə özbəkistanlı Nodirbek Cumanazarovla bacarmayıb – 0:10.
Kənan Heybətov (70 kiloqram) kanadalı Koul Koqhilə (10:0), belçikalı Muhammad Abdurahmanova (10:0), ermənistanlı Davit Marqaryana (tuş) və amerikalı Piter Dükə (14:4) tam üstünlüklə qalib gələrək finala yüksəlib. Kənan finalda iranlı Sina Xəliliylə güləşəcək.
Fərid Cabbarov (79 kiloqram) isveçrəli Umar Mavlayevi (3:1) mübarizədən kənarlaşdırsa da, 1/8 finalda qazaxıstanlı Yerxan Abilə 0:5 hesabıyla məğlub olub.
Xetaq Karsanov (125 kiloqram) belaruslu Pavel Cyatlava (12:2) və misirli Abdelrahman Şeyatana (11:0) tam üstünlüklə qalib gəldikdən sonra türkiyəli Hakan Büyükçınqıldan güclü olub – 7:5. Təmsilçimiz yarımfinalda amerikalı Daniel Herreraya da heç bir şans tanımayıb – 12:2. Xetaq finalda iranlı Abolfazl Necadla güləşəcək.
Həlledici qarşılaşmalar sabah keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
İdman
21:16 / 25.10.2025
Sərbəst güləşçilərimiz dünya çempionatının FİNALINDA
Hazırda oxunan: Sərbəst güləşçilərimiz dünya çempionatının FİNALINDA
Hazırda oxunan: Sərbəst güləşçilərimiz dünya çempionatının FİNALINDA
577195
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































