Üç boksçumuz Avropa çempionatının YARIMFİNALINDA

Üç boksçumuz Avropa çempionatının YARIMFİNALINDA

Hazırda oxunan: Üç boksçumuz Avropa çempionatının YARIMFİNALINDA

576824

Azərbaycanın daha üç boksçusu Monteneqronun Budva şəhərində təşkil olunan U-15 Avropa çempionatında mərhələ adlayıb.

Bizim.Media Boks Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarışın beşinci
günündə Elcan Musazadə (50 kq) 1/4 finalda Tobais Viçeniklə (Çexiya) qarşılaşıb.

Təmsilçimiz ardıcıl üçüncü görüşündən də qalib ayrılıb - 5:0 (30:27, 30:27, 30:27, 30:26, 30:27). O, yarımfinalda Şeyn Kitlə (İngiltərə) üz-üzə gələcək.

Yusif Ağakişiyev (75 kq) də 1/4 final mərhələsindəki döyüşünü xeyrinə bitirib. Boksçumuza Giorge Bratunu (Rumıniya) məğlub etməyə cəmi 45 saniyə kifayət edib. Tam üstünlüklə qələbə qazanan Ağakişiyev yarımfinalda Oleksandr Tomiçlə (Ukrayna) qarşılaşacaq.

Mehran Rəsulov (80 kq) isə 1/4 finalda Giorgi Quledanini (Gürcüstan) məğlub edib – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27). O, növbəti görüşündə Valeri Todorovla (Bolqarıstan) gücünü yoxlayacaq.

Hər üç milli üzvü yarımfinala yüksəlməklə özləri üçün azı bürünc medalı təmin ediblər. Onlardan öncə iki oğlan və iki qız boksçumuz da bu hüquqa yiyələnib.

Avropa çempionatında 1/4 final döyüşləri bu gün də davam edəcək.

Qeyd edək ki, 32 ölkədən 369 idmançının qatıldığı yarışa oktyabrın 25-də yekun vurulacaq. Qız idmançılarda oktyabrın 23-də, oğlanlarda ertəsi gün yarımfinal görüşləri baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO