"Fənərbağça" UEFA Avropa Liqası Liqa mərhələsinin III turu çərçivəsində öz meydanında "Ştutqart"ı qəbul edəcək.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisi matça ciddi itkilərlə çıxacaq.
Qapıçı Ederson zədəlidir. Hücumçu Con Duran zədədən sonra bərpa prosesi keçir. Vinger İrfan Can Kahveci ilə hücumçu Cenk Tosun isə baş məşqçi Domeniko Tedeskonun qərarı ilə əsas komandadan uzaqlaşdırılıb.
Qeyd edək ki, "Fənərbağça" - "Ştutqart" qarşılaşması sabah bakı vaxtı ilə saat 20:45-də Şükrü Saracoğlu stadionunda keçiriləcək.
Rəşad Rafiqoğlu, Bizim.Media