Avropa çempionatı: Azərbaycan millisi həlledici oyuna çıxır 

Avropa çempionatı: Azərbaycan millisi həlledici oyuna çıxır 

Hazırda oxunan: Avropa çempionatı: Azərbaycan millisi həlledici oyuna çıxır 

57666

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatının qrup mərhələsində bu gün sonuncu oyununa çıxacaq. 

Bizim.Media-nın məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupunun III turunda Bosniya və Herseqovinanı sınağa çəkəcək.

Amsterdamdakı "Ziggo Dome" zalında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Görüşün baş hakimi isveçrəli Daniel Matkoviç olacaq. 

İlk 2 turdan sonra 1 xalla 3-cü pillədə qərarlaşan Azərbaycan yığması 1/8 finala yüksəlmək üçün rəqibini böyük hesablə məğlub etməlidir.

Amma bu nəticə də milli komandanı qrupdan çıxarmaya bilər. Joze Alesionun komandasının mübarizəni davam etdirməsi üçün qrupun digər oyununda Gürcüstan seçməsi İspaniyaya qalib gəlməlidir. Əks halda, pley-off məhz bu iki kollektiv adlayacaq. 
Qeyd edək ki, qrupdakı ilk matçında Gürcüstana 2:3 hesabı ilə uduzan Azərbaycan millisi ikinci görüşdə İspaniya ilə heç-heçə edib - 2:2. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO