Futzal üzrə Avropa çempionatının final mərhələsi çərçivəsində sabah Bosniya və Herseqovina ilə qarşılaşacaq Azərbaycan millisinin 4 üzvü karantinə alınıb.
Bizim.Media xəbər verir ki, bu gün rəsmi məşq üçün verilmiş antigen testin nəticəsi 4 nəfərdə pozitiv çıxıb.
Oyunçulardan Emin Kürdov və Xətai Bağırov, məşqçi Ağakərim Həsənov və həkim Fuad Sadıqov oyunöncəsi məşqdə iştirak etməyib. Onlardan PCR test götürülüb, nəticələr sabah günün birinci yarısında açıqlanacaq.
Qeyd edək ki, Niderlanda təşkil olunan yarışda koronavirusa yoluxduqları üçün Gürcüstan və İspaniyaya qarşı oyunlarda iştirak etməyən Qallo və Rövşən Hüseynli bu gün komandaya qoşulub.
İlk iki oyunda sarı vərəqə alan Fineo De Arauje isə cəzalı olduğu üçün qrupun son oyunda iştirak edə bilməyəcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
05:19 / 29.01.2022
Azərbaycan millisinin 4 üzvü karantinə alındı
Hazırda oxunan: Azərbaycan millisinin 4 üzvü karantinə alındı
Hazırda oxunan: Azərbaycan millisinin 4 üzvü karantinə alındı
57661
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.