“Qarabağ” heç vaxt ispanlara qalib gələ bilməyib - Bu 7-ci dueldir

“Qarabağ” heç vaxt ispanlara qalib gələ bilməyib - Bu 7-ci dueldir

Hazırda oxunan: “Qarabağ” heç vaxt ispanlara qalib gələ bilməyib - Bu 7-ci dueldir

576593

Xəbər verdiyimiz kimi, “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda “Atletik” (Bilbao) klubunun qonağı olacaq. Bu Ağdam təmsilçisinin İspaniya komandalarına qarşı keçirəcəyi 7-ci oyun olacaq.

Bizim.Media xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda bundan əvvəl 6 dəfə prineylilərə qarşı çıxış edib.

“Qarabağ” bu görüşlərin heç birində qələbə qazana bilməyib.

Azərbaycan təmsilçisi ilk dəfə 2017/2018-ci il mövsümündə Çempionlar Liqasının qrup mərhələsində Madrid “Atletiko”suna qarşı iki görüşüb keçirib.

Hər iki qarşılaşma heç-heçə bitib – 0:0,1:1.

“Qarabağ”ın ispanlarla növbəti dueli 2019/2020-ci il mövsümünə təsadüf edib. Bu dəfə Avropa Liqasının qrup mərhələsində təmsilçimiz “Sevilya” ilə üz-üzə gəlib və həmin oyunların ikisində də ispanlara məğlub olub– 0:3, 0:2.

Qurban Qurbanovun yetirmələri 2020/2012 mövsümündə Avropa Liqasının qrup mərhələsində “Vilyareal”la qarşılaşıb. Ağdamlılar ilk matçda 1:3 hesabı ilə məğlubiyyətə uğrayıb.
 

İkinci qarşılaşmada isə Azərbaycan klubunun bir neçə futbolçusu koronavirusa yoluxduğu üçün səfərə getməyib. Nəticədə UEFA təmsilçimizə 0:3 hesablı texniki məğlubiyyət verib.


Qeyd edək ki, bu gün “San Mames” stadionunda keçiriləcək “Atletik” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 20:45-də start götürəcək. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO