“Traktor” türkiyəli futbolçunu transfer etmək istəyir

“Traktor” türkiyəli futbolçunu transfer etmək istəyir

Hazırda oxunan: “Traktor” türkiyəli futbolçunu transfer etmək istəyir

576444

İranı Asiya Çempionlar Liqasında təmsil edən “Traktor” heyətini türkiyəli oyunçu ilə gücləndirməyi planlaşdırır.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, söhbət Dorukhan Toközdən gedir.

Hazırda “Kayserispor”un formasını geyinən 29 yaşlı yarımmüdafiəçi qışda İrana yollana bilər.

Türkiyə millisinin sabiq üzvünün hazırkı komandası ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

O, “Eskişehirspor”, “Beşiktaş”, “Trabzonpor”, “Adana Demirspor”, “Eyüpspor” klublarının formasını geyinib.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO