“Turan Tovuz” doğma stadionuna nə vaxt qayıdır? - KLUBDAN AÇIQLAMA

“Turan Tovuz” doğma stadionuna nə vaxt qayıdır? - KLUBDAN AÇIQLAMA

Hazırda oxunan: “Turan Tovuz” doğma stadionuna nə vaxt qayıdır? - KLUBDAN AÇIQLAMA

576436

Bir müddətdir ki, Tovuz şəhər stadionunda təmir işləri gedir. Qərb təmsilçisi konkret olaraq stadionun süni ot örtüyünü dəyişərək təbii qazonla əvəzləyir.

İşlərin gedişi olduqca sürətli gedir və komanda artıq Premyer Liqada növbəti ev oyununu doğma meydanda keçirə biləcək.

Bu barədə Bizim.Media saytına açıqlama verən “Turan Tovuz” klubunun mətbuat katibi Süleyman Tağıyev artıq Peşəkar Futbol Liqası rəsmilərinin də stadiona baxış keçirdiklərini dedi:

“Artıq meydançanın dəyişdirilməsi prosesində bütün işlər yekunlaıb. Hətta Peşəkar Futbol Liqası da rəsmi qərar verib. Komandamız Premyer Liqanın 10-cu turunda “Şamaxı” ilə oyunu doğma stadionunda keçirəcək. Ot örtüyü 80-90 faiz olaraq hazırdı. Düzdür, hələ bu oyuna qədər vaxtımız var. Yəqin ki, oyun gününə qədər qazon tam hazır vəziyyətdə olacaq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO