“Üstünlük bəlkə də rəqib tərəfdədir. Həm öz meydanlarında oynayırlar, həm də bu matça çox ciddi hazırlaşacaqlar. 2 turdan sonra xalları yoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Bilbao səfərindən əvvəl jurnalistlərə açıqlamasında deyib.
“Bu komandaya qarşı sona kimi dözməyə çalışacağıq. Rəqibin son matçlarına baxmışam. Oyunlarında dinamika yüksək olur, sürətli hücumlara çıxırlar. “Atletik” rəqib cərimə meydançasına topla ən tez gedən komandalardan biridir. Həm bizim üçün, həm də rəqib üçüb vacib qarşılaşmadır. Müsbət nəticə ilə dönmək üçün ən yaxşısını etməyə çalışacağıq”, - Qurbanov bildirib.
Qeyd edək ki, UEFA Çempionlar Liqası Liqa mərhələsinin 3-cü turu çərçivəsində "Atletik" - "Qarabağ" qarşılaşması oktyabrın 22-də Bilbaoda keçiriləcək və Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
10:30 / 21.10.2025
Qurban Qurbanov: “Üstünlük rəqibin tərəfindədir”
Hazırda oxunan: Qurban Qurbanov: “Üstünlük rəqibin tərəfindədir”
Hazırda oxunan: Qurban Qurbanov: “Üstünlük rəqibin tərəfindədir”
576361
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.